Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun qurduğu yeni partiya üçün nəzərdə tutduğu binaya möhür vurulub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Davudoğlunun yeni partiyasının yerləşəcəyi bina AKP-li Bağçalıevlər Bələdiyyəsi tərəfindən möhürlənib. Səbəb olaraq isə icazəsiz olaraq binada təmir işlərinin aparılması göstərilib. Keçmiş baş nazirin isə oradan imtina etdiyi və İstanbulun başqa yerlərində kirayə bina axtardığı bildirilib.
Ruslan Yusibov