İTV-dən mitinq ismarıcı - VİDEO


İctimai Televiziyada yayımlanan 3D verlişinin budəfəki qonağı "NTV" televiziya şirkətinin baş prodüseri Timur Vaynşteyn olub.
Yeniavaz.com xəbər verir ki, verlişin sonunda maraqlı hadisə yaşanıb. Belə ki, efirə gələn bir nəfər aparıcı Dadaş Dadaşlinski ilə təcili görüşmək istədiyini bildirib. Bu zaman katibə Lyuba görüşün razılaşdırılmış görüş olub-olmadığını soruşub. Sözügedən şəxs isə “O məsələnin mənə aidiyyəti yoxdur. Mən buranın işçisiyəm, təcili Dadaş müəllimi görməliyəm (İTV telekanalı–red) ”, - deyərək etiraz edib. Katibə Lyuba isə "razılaşdırılmamış görüş qəbul etmirik" deyərək binanın təhlükəsizlik xidmətinə zəng edib. Təhlükəsizlik xidməti sözügedən şəxsi qucağına alaraq studiyadan uzaqlaşdırıb. Onun belə münasibəti ötən gün "28 May" ərazisində baş tutan mitinq zamanı polislərin insanlarla olan davranışını xatırladıb. Belə ki, mitinqdə yaşlı bir şəxs jurnalistlərə açıqlama verdiyi zaman polis tərəfindən eyni formada ərazidən uzaqlaşdırılmışdı.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top