AFFA danışılmış oyunlara görə iki futbolçunu cəzalandırıb

İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, I divizionda çıxış edən “Ağsu” Futbol Klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top