"Sputnik"in baş redaktoru qızına erməni poemasından ad seçdi - FOTO


Azərbaycanda və dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən "Sputnik" xəbər agentliyinin baş redaktor, erməni əsilli  Marqarita Simonyanın qızı dünyaya gəlib.
Yeniavaz.com xəbər verir ki, Marqarita Simonyan qızına Maro adını qoyub.
Bildirilir ki, bu ad erməni yazıçı Hovanes Tumanyanın 1887-ci ildə yazdığı "Maro" poemasının qəhrəmanının adından götürülüb.
Məlumat üçün bildirək ki, Marqarita Simonyan "Sputnik" xəbər agentliyilə bərabər "Russia Today" telekanalının da baş redaktorudur. Bu yaxınlarda  Rusiya Prezidenti Vladimir Putin Marqarita Simonyanı yüksək dövlət mükafatı olan "Aleksandr Nevski" ordeni ilə təltif edib. Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir. Marodan başqa onların bir qızı və bir oğlu da var.
Onu da bildirək ki, "Sputnik" xəbər agentliyi Azərbaycanda fəaliyyət göstərsə də, Marqarita Simonyan dəfələrlə sosial şəbəkələrdə Azərabyacan əleyhinə paylaşımlar edib.
Xatırlayırsınızsa, bu yaxınlarda "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında əlində avtomat silah tutan yaşlı bir qadının şəkilini paylaşıb. Həmin şəkilin üzərində isə "106 yaşlı erməni qadın öz evini qoruyur. 1990-cı il", - yazılıb.
Qeyd edək ki, bu şəkil Dağlıq Qarabağda Mardakert (Ağdərə) rayonunda çəkilib. "Sputnik"in baş redaktor bu şəkili paylaşmaqla həm də azərbaycanlıların 1990-cı ildə Dağlıq Qarabağa hücum etdiklərinə işarə vurur.
Bundan başqa "Sputnik" xəbər agentliyinin rus və erməni dillərində yayımlanan xəbərlərində Qarabağ müstəqil respublika kimi təqdim edilir.


İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top