Minik maşını yük avtomobilinə çırpıldı - FOTO


Minik maşını yüklə dolu qoşqulu yük avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində qeydə alınıb. Zərbənin gücündən minik maşını yararsız hala düşüb. Yük maşının qoşusunda daşdığı mişar daşı isə minik maşının üzərinə və ətrafa dağılıb. Toqquşma zamanı minik avtomobilində olan 3 nəfər Ülkər, Təhminə, Rauf Nəbiyevlər və yük maşının sürücü Nəcəf Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Zərərçəkənlərə tibb yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Minik maşında xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top