“Beşiktaş”ın yeni prezidenti seçildi


Türkiyənin “Beşiktaş” futbol klubunun yeni 34-cü prezidenti bəlli olub.

Yeniavaz.com xəbər verir ki, bu gün keçirilən seçkilərdə Ahmet Nur Çebi digər rəqiblərinə - Serdal Adalı və Hürser Tekinoktayına böyük hesabla qalib gəlib. Beləki, 8529 səsdən 5009-nu Ahmet Nur Çebi, 2983-nü Serdal Adalı, 537-sini isə Hürser Tekinoktay qazanıb.
Xatırladaq ki, 2012-ci ildən "Beşiktaş" klubuna rəhbərlik edən Fikret Orman bir müddət əvvəl istefasını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top