Millimiz yenə böyükhesablı məğlubiyyətlə üzləşdi


17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci matçına çıxıb.
Yığma oyunları Farer adalarında keçirilən 5-ci qrupda Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç skandinaviyalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Azərbaycan yığmasının ikinci darmadağını olub. Komanda ilk turda Sloveniyadan daha çox – 6 cavabsız qol buraxmışdı.
Qeyd edək ki, oktyabrın 23-də baş tutacaq son turda yığmamız Farer adaları ilə görüşəcək. (qafqzinfo)

DİGƏR XƏBƏRLƏR

Top