Azərbaycanda iki piyadanı avtomobil vurub - biri ölüb

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Yolu keçmək istəyən kişini avtomobil vurub. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Bərdə rayonunda isə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə Gərənə kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynova Şölə Haqverdi qızını vurub. Xəsarət alan Ş.Hüseynova Təcili Tibbi Yardım briqadasının koməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Hər iki faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top