Gəncədə inək sahibini gözsüz qoydu

Gəncə şəhərində inəyin vurduğu kişi ağır xəsarət alıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb. 
Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Şəmsəddin Əliyevi iri buynuzu heyvan vurub. Nəticədə gözündən ağır xəsarət alan kişi yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top