Əli Kərimli sərbəst buraxıldı - YENİLƏNİB


AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. 

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə onun artıq evində olduğu bildirilir. 

Milli Şuranın bu gün keçirilən razılaşdırılmamış aksiyasında saxlanılanların əksəriyyəti sərbəst buraxılıb.

Sərbəst buraxılanlar arasında AXCP sədri Əli Kərimli, onun sabiq müavini Fuad Qəhrəmanlı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və digərləri də var.

***17.26


AXCP lideri Əli Kərimlinin saxlanılma görüntüləri yayılıb.
Yeniavaz.com-un məlumatına görə, videonu “Azadlıq Radiosu" yayıb.
Əli Kərimli ilə yanaşı, onun bir neçə tərəfdarı, o cümlədən Milli Şuranın bəzi liderləri də saxlanılıblar.

DİGƏR XƏBƏRLƏR

Top