Qurban Qurbanov "avtoşluq" edən futbolçunu CƏZALANDIRDI


Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.

Yeniavaz.com xəbər verir ki, hər iki klubun start heyəti açıqlanıb. Ağdam klubu oyunun iştirak ərizəsinə Araz Abdullayevin adını daxil etməyib. Buna səbəb isə Araz Abdullayevin bahalı avtomobilini yüksək sürətlə idarə edərkən çəkilmiş videosunu İnstaqram səhifəsində paylaşmasından sonra baş məşqçi Qurban Qurbanovun qəzəbinə tuş gəlməsi göstərilir.
Qeyd edək ki, Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top