Mingəçevirdə intihara cəhd edən 18 yaşlı qız belə xilas edildi - VİDEO


Mingəçevirdə 18 yaşlı qız özünü Kür çayına atıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevirdə Kür çayında baş verib. Belə ki 2001-ci il təvəllüdlü Qasımova Gülüstan  Elçin qızı naməlum şəraitdə Kür çay üzərindəki nəqliyyat körpüsündən çaya düşüb və boğulma təhlükəsi ilə üzləşib. Ətrafdakıların qışqırtısına ilk reaksiya verən Kür çayında gəzinti qayığının qayıqçısı Xəyal Ağayev olub. O dərhal mühərrikli kiçik həcimli qayığını hadisə yerinə çatdıraraq suya atılıb. Məhz onun çevikliyi sayəsində tamamilə batmaq üzrə olan gənc qızın həyatı xilas edilib. Daha sonra onlara FHN-ə məxsus digər bir xilasetmə qrupu yaxınlaşıb. Huşsuz vəziyyətdə xilas edilən qıza dərhal qayıqdaca ilkin yardım göstərilib və qız ölüm təhlükəsini adladıb. Daha sonra sahilə çıxarılaraq həkim briqadasına təhvil verilib.
Xəstəxanadan verilən məlumata görə göstərilən tibbi yardım sonrası Gülüstan Qasımovanın durumu stabilləşib. Hadisənin baş vermə səbəbi tam məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top