Hər il 4 min at yoxa çıxır - SƏBƏB


Avstraliyada hər il minlərlə atın kəsilərək, ətinin satıldığı aşkar olunub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyada qocalamış yarış atları kəsilərək Avropa, Asiya ölkələri, Rusiya və Yaponiyaya ixrac olunur. Kəsilmiş yaşlı atlar insalar və digər heyvanlar tərəfindən istehlak olunur.
Sözügedən atların kəsilmə səbəbi yarış üçün yarasız və qoca olmalarıdır.
Sidney Üniversitetinin professoru Paul Makqriv 25 ildir araşdırmalar apardığını və hər il təxminən 4 min atın yoxa çıxdığını müəyyən edib.
Həmçinin, atların pis rəftar və şiddətə məruz qalması mənfi reaksiyaya doğurub.
Qeyd edək ki, 22 gündə 300 atın kəsildiyi aşkarlanıb.
Hadisə ilə bağlı “Racing Australia” təmsilçiləri yarışlardan çıxan atların qeydiyyata alınmadığı və atların gələcək aqibətərinin məlum olmadığını deyib.

Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top