"Hər gün cəbhədən Ermənistana bir neçə erməni əsgərinin meyiti getməlidir" - DEPUTAT


“Erməniləri dünyanın müxtəlif yerlərindən köçürüb, gətirib, Azərbaycan əzəli, tarixi torpaqlarında yerləşdirən, onlara bugünkü Ermənistan dövlətini yaradan elə həmin üç həmsədr dövlətdir”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Modern.az-a ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərinin yekunu olaraq, qəbul etdiyi bəyanata münasibət bildirərkən deputat Elman Məmmədov söyləyib. O qətiyyətlə vurğulayıb ki, bu gün də torpaqlarımızın işğal altında qalmasının səbəbi həmin həmsədr dövlətlərdir:

“Həmsdərlər tutuquşu kimi deyirlər ki, gərginliyin azaldılmasına çalışmaq, Atəşkəsə riayət etmək lazımdır. İşğalçı qüvvələrin qoşunları Azərbaycan ərazisində yerləşdirilib. Həmsədrlər öz bəyanatları ilə sanki deyirlər ki, Ermənistan yaxşı edib, Azərbaycanın torpaqlarını işğal edib. Azərbaycan bununla barışmalı, ermənilərlə də işiniz olmamalıdır. Həmsədrlərin bəyanatından belə çıxır ki, ermənilərə güllə atmamalıyıq ki, torpaqlarımız da işğal altında qalsın. Həmsədrlər bütün bəyanatlarda üstüörtülü şəkildə eyni fikirləri müdafiə edirlər.

İki dövlətin sərhəddində atəşkəs ola bilər. Amma təmas xəttində işğalçı dövlət mənim ərazimdə oturub, onların qoşunları mənim torpaqlarımdadır. Mən nəyə görə atəşkəsə əməl etməliyəm, gərginliyin azaldılması üçün çalışmalıyam? Mən bir vətəndaş kimi deyirəm ki, hər gün cəbhədən Ermənistana bir neçə erməni əsgərinin meyiti getməlidir. Ölkə başçısı deyir ki, erməni əsgəri ölmək istəmirsə, torpaqlarımızdan çıxsın. Ermənistan silahlı qüvvələrinin əsgəri niyə mənim torpaqlarımda olmalıdır?”.

Məmmədov hesab edir ki, bu münaqişədə tərəflər nisbəti dördün birədir:

“Biz təkik. Ermənistan və həmsədr dövlətlər isə birlikdədir. Qarşımızda nə qədər çox qüvvə dayanır, dayansın. Amma biz torpaqlarımızın işğalda saxlanması ilə barışmayacağıq. Torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top