London məhkəməsi Nazarbayevin nəvəsini şərti azadlıqdan məhrum etdi


Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.

Məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

Qeyd edək ki, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin nəvəsinə qarşı ittiham iyul ayında irəli sürülüb.

A. Nazarbayev tez-tez başqasına məxsus mülkə daxil olub, eyni zamanda hadisə yerinə gələn polislərə müqavimət göstərib.(APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top