Elman Məmmədov: "Heç bir ölkədə məcburi köçkünlərə bu qədər qayğı, diqqət göstərilmir"


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi təklikdə qəbul edib.

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edən Prezident həyata keçirilən tədbirlər barədə maraqlanıb.

Milli Məclisin deputatları ölkə başçısının “Dövlətqaçqınkom”un sədrini ayrıca qəbul etməsindən danışıblar.


Elman Məmmədov görüşü yüksək qiymətləndirərək bildirib ki, heç bir ölkədə məcburi köçkünlərə bu qədər qayğı, diqqət göstərilmir və güzəştlər edilmir: “Bu gün ölkəni narahat edən çox ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsilə bağlı 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, iş şəraitin yaradılması və bu kimi problemlərin həlli ilə cənab Prezident və Birinci vitse-prezidentin rəhbərliyi ilə “Dövlətqaçqınkom”  məşğul olur. Görüş zamanı çox vacib bir rəqəm səsləndirildi. Bildirildi ki, bu illər ərzində qaçqın və məcburi köçkünlərimizə dövlət tərəfindən müxtəlif sahələr üzrə 7 milyard manatdan çox pul ayrılıb. Bu Azərbaycan Respublikasının ərazisi və əhalisi ilə nisbətdə dünya miqyasında çox böyük göstəricidir. Ulu öndərin hakimiyyətə gəldiyi gündən biz bu qayğını görmüşük və cənab Prezident də indi bu yolla gedərək, öz diqqət və qayğısını məcburi köçkünlərdən əsirgəmir”.


Flora Qasımova deyir ki, belə görüşlər, Prezidentin diqqət və qayğısı məcburi köçkünləri çox sevindirir.

“Qaçqın və köçkün vətəndaşlarımızla bağlı problemlərə prezidentin şəxsən yanaşması çox böyük addımdır. Son zamanlarda köçkünlərin yerləşdirilməsi üçün salınan yeni qəsəbələrin sayı xeyli artıb, onların mənzil şəraiti yaxşılaşdırılıb. Əvvəl də qeyd edilmişdi ki, hər il 6 min köçkün ailəsi mənzillə təmin olunacaq. Bu istiqamətdə çox uğurlu işlər görülür. İndiyədək məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması üçün 7 milyard manatadək vəsait ayrılıb. Prezidentin Rövşən müəllimi qəbula çağırması çox doğru addımdır, hər bir sahədə ciddi nəzarət lazımdır”. (Modern.az)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top