Vilayət Eyvazov DYP polkovnikini işdən çıxardı


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Rəşadət Babayev vəzifəsindən azad edilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Rəşadət Babayev BŞBPİ-nin Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri vəzifəsində saxlanıb. 

Qeyd edək ki, R.Babayevin keçmiş vəzifəsinə polkovnik-leytenant Rəşid Piriyev təyinat alıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top