Xərçəng xəstəliyi ilə mübarizə üçün 46 milyon manat ayrılacaq


2020-ci ildə səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 1124,1 milyon manatı məqsədli proqram və xidmətlər üzrə müvafiq tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində qeyd olunub.

Belə ki, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 44,3 milyon manat, xroniki böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi ilə bağlı tədbirlərə 30,1 milyon manat, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə 13,8 milyon manat, xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclərə 46,4 milyon manat, “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə 12,2 milyon manat, qanın bədxassəli xəstəlikləri ilə bağlı mübarizə tədbirləri ilə bağlı xərclərə 6,6 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 6,5 milyon manat, uşaqların icbari dispanserizasiyası ilə əlaqədar tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 4,5 milyon manat, ana va uşaqların sağlamlığının qorunması tədbirləri ilə bağlı xərclərə 3,0 milyon manat, Azərbaycanda HİV/AİDS-in qarşısının alınması və onunla bağlı mübarizə tədbirləri ilə bağlı xərclərə 2,5 milyon manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə 2,1 milyon manat, Koxlear implantasiya əməliyyatları tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclərə 2,0 milyon manat, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclərə 2,0 milyon manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri ilə bağlı xərclərə 1 milyon manat və qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

2020-ci il üçün səhiyyə xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 7,1 milyon manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,2 milyon manat və ya 19,2 faiz çoxdur.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top