Yediyi paxlavanın pulunu verməmək üçün saçını yoldu - VİDEO


Türkiyədə şirniyyat yemək üçün restorana gələn qızın etdikləri izləyənləri dəhşətə gətirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mardin şəhərində bir qadın restorana yaxınlaşaraq paxlava sifariş verib. Qız yeməyə başlayıb və sonda birazını saxlayaraq öz saçını kəsərək paxlavanın içərisinə yerləşdirib. Daha sonra paxlava hazırlayan şəxsi çağıraraq şirniyyatdan tük çıxdığını bildirib. Məsul şəxs isə paxlavanın içindəki  tükü görüb və nə edəcəyini bilməyib. Qız isə tük səbəbilə özünü piss hiss etdiyini deyərək qışqırmağa başlayıb və hesabı ödəmədən oradan uzaqlaşıb. Paxlava bişirən həmin adam isə belə bir hadisədən şübhələnərək təhlükəsizlik kameralarını izləməyə başlayıb və işin əsli ortaya çıxıb.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top