İngiltərə kraliyət ailəsi üzvləri məsciddə Quran dinlədilər - VİDEO


İngiltərə taxtının ikinci varisi Şahzadə Viliam həyat yoldaşı Keyt Mideltonla Pakistana rəsmi səfərləri zamanı məscidə gediblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Keyt-Viliam cütlüyü Pakistanda 17-ci əsrdə inşa edilmiş Badşahi məscidini ziyarət ediblər. Şahzadə Viliamın həyat yoldaşı Keyt Midelton məscidə gedərkən Pakistanın milli geyimini geyinib və başörtüsü taxıb. İngiltərə kraliyət ailəsinin üzvləri məsciddə Qurani-Kərimə qulaq asıblar. Şahzadə və həyat yoldaşı Pakistan səfərləri zamanı həmçinin xərçəngdən əziyyət çəkən azyaşlıların ailələri ilə də görüşüb.



Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top