Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Araz Abdullayev yenidən yol-hərəkəti qaydalarını pozmasına görə gündəmə gəlib.
Yeniavaz.com xəbər verir ki, futbolçu bahalı idman avtomobili ilə sürətlə hərəkət edərək etdiyi tryukları videoya çəkdirib və daha sonra sosial şəbəkədə paylaşıb. Arazın bu əməli bir çox insanlar, eləcə də bəzi futbolçular tərəfindən qınaqla qarşılanıb.
Qeyd edək ki, Araz Abdullayev 2013-cü ildə Nobel prospektində iki süpürgəçi qadını avtomobillə vurmuşdu. Onlardan biri dünyasını dəyişmişdi.