Mədə qazlarından təbii üsulla necə xilas olmaq olar? - TƏBİİ ÜSULLAR


Günümüzdə mədə problemləri geniş yayılıb. Bunun bir çox səbəbləri vardır. Mədə qazı yeməyi surətli yedikdə, yemək əsnasında danışdıqda, saqqız çeynədikdə və dərindən nəfəs aldıqda xaricdən udduğumuz hava nəticəsində yaranır. Qastrit kimi mədə xəstəliyiniz varsa bu da mədədə qaz yarada bilər. Həmçinin vaxtı keçmiş, turş və acılı qidalar da mədədə qaz yaradır.
Əgər yeməkdən sonra köp, ürək bulanması, tez doymaq, gəyirmək və mədə-qarın çevrəsində gərginlik hiss esdirsinizsə mədə qazı probleminiz ola bilər.
Mədə qazı problemləri zamanı ilk olaraq həkimə müraciət etmək lazımdır. Ancaq mədə qazının müalicə etməyin mütəxəssislər tərəfindən təsdiqlənmiş təbii üsualları da var.
Yeniavaz.com mədə qazının müalicəsində istifadə olunan təbii üsulları sizə təqdim edir:

Razyana çayı
Razyana həzmə olduqca xeyirlidir. Bu bitkidən hazırlanan çay vasitəsiylə mədə qazından dərhal xilas ola bilərsiniz.
1,5 yemək qaşığı razyana və yarım yemək qaşığı hilə 1 stəkan qaynar su əlavə edib, dəmlənməyə qoyaraq yeməkdən sonra için.

Çobanyastığı çayı
Çobanyastığı çayı mədə qazının aradan qaldırılmasında  ən yaxşı üsuldur. İki yemək qaşığı çobanyastığına 1 stəkan qaynar su əlavə edib dəmləyərək için. Bu çayı gündə 3 dəfə içə bilərsiniz. İstəyə uyğun 1 çay qaşığı bal əlavə etmək olar.

Cirə çayı
Cirə mədə üçün çox yararlı bitkidir. Bir yemək qaşığı cirəyə 1 stəkan qaynar su əlavə edərək dəmləyib için. Əgər ağır qaz sancısı hiss etsəniz cirənin yanına razyana da əlavə etmək olar.
 
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top