Bu tərəvəzləri çiy halda yeməyin – ZƏHƏRLƏNƏ BİLƏRSİNİZ


Gündəlik qida rasionumuzda tərəvəzlər xüsusi yer tutur. Tərəvəzlər həm çiy, həm də bişmiş halda istifadə olunur. Adətən tərəvəzlərin çiy halda yeyilməsi məsləhət görülür, çünki onlar yüksək temperatura məruz qalanda tərkibində olan vitamin və mineralların çoxunu itirir. Lakin, bəzi tərəvəzlər var ki, onlardan çiy istifadəsi həzm sistemi narahatlıqlarına səbəb olur.
Yeniavaz.com xarici KİV-ə istinadən, bu tərəvəzlərin adlarını təqdim edir:

Brokoli
Brokoli, Brüssel kələmi və gül kələmini çox insan çiy halda istifadə edir.  Brokolidə rafinoz adlı maddə olur. Bədəndə qəbul olunmayan bu maddə bakterialar tərəfindən qalın bağırsaqda parçalanır. Bu da mədədə şişkinliyə səbəb olur. Brokoli qaynadılmış və ya qızardılmış halda yeyilməlidir.

Badımcan
Badımcanda olan solanin maddəsi həzm sisteminə mənfi təsir göstərir. Badımcanın çox istifadəsi qarın ağrısı, ishal, qusma, baş ağrısı və ürək bulanmasına səbəb olur. Badımcanı bişirmək tərkibindəki solanin maddəsini təsirsiz hala gətirir.

Rəvənd
Rəvəndin çiy istifadəsi olduqca təhlükəlidir. Çiy istifadə zamanı rəvənd zəhərlənməyə səbəb olur. Əslində çiy istifadə olunan rəvəndin yarpağıdır.

Kartof
Bütün çiy halda istifadə olunan kartoflar zərərli deyil. Kartof tam yetişmədikdə və günəş şüasına çox məruz qaldıqda tərkibindəki solanin maddəsi sağlamlığa zərər verir. Kartof göyərdikdə ondan istifadə etməmək məsləhət görülür. İstifadə etdikdə qusma, ishal, baş ağrısı hətta sinir sisteminin iflic olmasına səbəb ola bilər.

Qırmızı lobya
Qırmızı lobyanın tərkibindəki lektin maddəsi çiy istifadə zamanı baş ağrısı, qusma, qarın boşluğunda ağrı, mədə pozğunluğu və zəhərlənməyə səbəb olur. Bunu nəzərə alaraq qırmızı lobyanı qaynatmadan əvvəl ən az beş saat suda saxlamaq lazımdır.

Pomidor
ABŞ-ın Kornel Universitetində aparılan araşdırma nəticəsində pomidorun da bişirilərək qəbul edilməsi məsləhət görülüb. Pomidoru çiy halda istifadə etdikdə tərkibindəki likopen adlı karotenoid piqmenti bədəndə həll olmur. Bişirildikdə isə likopenin miqdarı 30% artır. Likopen xərçəngə qarşı mübarizə aparan ən güclü maddə hesab edilir.
Qeyd edək ki, pomidorlar 2, 15 və 30 dəqiqə olmaqla üç fərqli şəkildə bişirilir.
 
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top