Dünyanın ən qeyri-adi helikopteri hazırlandı


Çin uçan dairəyə bənzəyən helikopter hazırlayıb.
Yeniavaz.com xəbər verir ki Çinin paytaxtı Pekində təşkil olunmuş sərgidə uçan dairəyə bənzəyən, saatda 650 km sürət yığa bilən və 6 km yüksəkliyə qalxan eksklüziv bir helikopter təqdim olunub.
Uzunluğu 7,6 metr və hündürlüyü 2,85 metr olan helikopter iki nəfərlikdir. İki turbo motoru olan helikopter saniyədə 16,5 metr yüksəkliyə qalxa bilir.
Bundan əlavə raket atma xüsüsiyyətinə sahib olan və radara düşməyən “Super Ağ Köpək Balığı” adlı helikopterin növbəti il istifadəyə veriləcəyi bildirilib.
Qeyd edək ki, 1950-ci ildə Kanada şirkəti AVRO tərəfindən yaradılan buna bənzər bir helikopter sadəcə bir metr yüksəkliyə qalxa bilib.
 
Firəngiz Quliyeva
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top