Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır


Mingəçevirdə nümunəvi məhəllələr sırasına daha bir məhəllə - A.Qurbani küçəsi də daxil olunub. A.Qurbani dairəsində 1 ha yaxın ərazi təmizlənib, hamarlanıb, çalalar qazılıb. Burada ağaclar budanıb, asfalt örtüyü salınıb, uşaq əyləncə qurğuları və skamyalar quraşdırılıb. Əraziyə bu gün 57 meşə ağacı əkilib. Hal-hazırda ərazidə digər işlər aparılır. Bu da təbiətimizə gözəllik gətirəcək, şəhərin daha da abadlaşması, yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top