
İngiltərədə yaşayan azyaşlı uşaq nadir görülən xəstəliyə tutulub.
Yeniavaz.com dailymail.co.uk-a istinadla xəbər verir ki, İngiltərə vətəndaşı 7 yaşlı Tomi adlı uşaq hazırda çarəsi olmayan xəstəliklə mübarizə aparır. Belə ki, onun bədənində qış yaxınlaşan kimi allergiya əlamətləri baş qaldırır. Soyuq havalarda Tominin dərisi qızarır, qusur, nəfəs almaqda çətinlik yaşayır. Qış yaxınlaşan kimi xüsusilə dərisinin altında kiçik yaralar meydana gələn azyaşlının anası övladının həyatından gileyli olduğunu bildirib.
Ruslan Yusifov