
“Bu bir atəşkəs deyil. Atəşkəs ancaq iki qanuni tərəf arasında olur. Biz sadəcə terrorçuların etibarlı zonadan çıxması üçün əməliyyata ara veririk”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, ABŞ nümayəndə heyəti ilə Beştepedəki görüşdən sonra təşkil etdiyi mətbuat konfransında deyib. O, eyni zamanda ABŞ sanksiyaları aradan qaldırdıqdan və terrorçular təhlükəsiz zonadan tamamilə çıxdıqdan sonra əməliyyatları dayandıracaqlarını vurğulayıb: “Barış Pınarı” əməliyyatı 120 saat müvəqqəti olaraq dayandırılıb və bu müddət ərzində terrorçular etibarlı zonanı tərk edərlərsə əməliyyatı tam dayandıra bilərik. Eyni zamanda, mövcud sanksiyalar da aradan qaldırılmalıdır”.
İlahə Hüseynova