"Müstəqilliyimizin əleyhinə səs verən 31 nəfər" müəmması - Həqiqət, yoxsa yalan... - VİDEO


18 oktyabr 1991-ci ildə Ali Sovetin iclasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktının qəbulu zamanı səsvermədə iştirak edən 258 millət vəkilinin heç biri Müstəqillik Aktının əleyhinə səs verməyib.
Yeniavaz.com xəbər verir ki, yalınz Konstitusiya Aktının ayrı-ayrı maddələrinin səsverməsi zamanı 1-2 nəfər əleyhinə səs verib.

Amma nədənsə hər ilin 18 oktyabr tarixində "Müstəqillik Aktının əleyhinə səs verənlər" başlığı ilə 31 nəfərin adı paylaşılır. Əslində adları qeyd olunan 31 nəfər 7 mart 1991-ci ildə Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsinin lehinə səs verənlərin yalnız bir qrupudur. Üstəlik həmin səsvermədə iştirak edənlərin 31-i deyil 254 nəfəri SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinin lehinə səs verib. 6 nəfər bitərəf qalıb, 43 nəfər (İstiqlalçı deputatlar) isə əleyhinə səs verib.  Digər deputatlar (47 nəfər) iclasda iştirak etməyib. Haqqında bəhs etdiyimiz iclasın video görüntüsü internet resurslara yerləşdirilməsə də, həmin dövrüdə çap olunan mətbuatda bu barədə geniş məlumat dərc olunub.
Ali Sovetin 7 mart 1991-ci il tarixli qərarı ilə bu linkdən tanış ola bilərsiniz: http://www.e-qanun.az/framework/6442

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top