
Tarzan filmində yer alan 81 yaşlı aktyor Ron Elinin həyat yoldaşı Valeri Lundi öz oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, cinayət aktyor Ron Elinin Santa Barbaradakı “Hope Ranch” adlı ferma evində baş verib. Cütlüyün 30 yaşlı oğlu Kameron Eli anası Valeri Lundiyə bıçaqla xəsarət yetirərək onu öldürüb. Hadisədən sonra kövrək səslə “911”ə zəng edən cinayətkar atasının bir anda anasına hücum etdiyini deyib.
Cinayətkar Kameron Eli evin damında tapılıb. Polislər K.Eliyə damdan düşməsini təkid etsə də o buna məhəl qoymayıb və polislər tərəfindən silahla öldürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Lalə Cəfərova