"Qarabağ" - APOEL matçında erməni təxribatına cavab veriləcək?


"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirəcəyi görüş üçün hazırlığa başlayıb.

Yeniavaz.com sportinfo.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq aksiyası təşkil ediləcək. Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Qeyd edək ki, "Qarabağ” - APOEL görüşü oktyabrın 24-də keçiriləcək.

Onu da əlavə edək ki, "Qarabağ”ın Lüksemburqda "Düdelanj”la keçirdiyi oyunda erməni təxribatı baş verib. Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top