Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub


Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə Yasamal rayonu "20 Yanvar" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

Sərnişin avtobusunun məxsus olduğu daşıyıcı şirkətdən "Report"a bildirilib ki, minik avtomobili dayanacaqdan çıxan avtobusa dəyib və nəqliyyat vasitələrinə yüngül ziyan vurulub.

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.//Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top