Gürcüstanda üç uşaq anası olan azərbaycanlını əri necə öldürüb? - TƏFƏRRÜAT


Gürcüstanın Bolnisi rayonunun Talaveri kəndində törədilən qətlin bəzi detalları məlum olub.

Əri tərəfindən ötən gecə qətlə yetirilən azərbaycanlı qadının 25 yaşı olub.

O, Bakıdan ötən gün qayıdıb.

Qonşular bildiriblər ki, cütlük son üç ayı Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.

Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib.

Onun həyat yoldaşını kəmərlə boğduğu bildirilir.

Kişi psixi pozğunluqdan əziyyət çəkib.

Qətlə yetirilən qadının meyiti Bakıya göndərilib. (report)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top