Mingəçevirdə mənzildən qızıl-zinət əşyaları oğurlanıb


Mingəçevirdə mənzildən oğurluq olub.
Mingəçevirdə M.Vidadi 4, mənzil 27-dən qızıl-zinət əşyaları ilə birlikdə gümüş aksesuarlar oğurlanıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya aid 3 min manat dəyərində ziyan dəyib. Ev sahibi Gülayət İbrahimova bildirir ki, ad günü qonaqlığına getmişdilər. Evə dönəndə eyvanın pəncərələrinin açıq olduğunu görüblər. Ev sahibi onu da bildirir ki, oğurluqdan bir neçə gün öncə mənzilin qapısına açar salınmışdı. Oğurluqla bağlı şəhər polis şöbəsinə xəbər verilib. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top