
Bu ilin ilk 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 42 min 163 nikah və 11 min 317 boşanma halları qeydə alınıb.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:
İllər | Nikahlar | Boşanmalar |
1992 | 68 740 | 9 465 |
1993 | 60 028 | 6 564 |
1994 | 47 147 | 6 256 |
1995 | 43 130 | 5 669 |
1996 | 38 572 | 5 598 |
1997 | 46 999 | 5 806 |
1998 | 40 851 | 5 657 |
1999 | 37 382 | 5 013 |
2000 | 39 611 | 5 478 |
2001 | 41 861 | 5 382 |
2002 | 41 661 | 5 738 |
2003 | 56 091 | 6 671 |
2004 | 62 177 | 6 914 |
2005 | 71 643 | 8 895 |
2006 | 79 443 | 7 817 |
2007 | 81 758 | 8 340 |
2008 | 79 964 | 7 933 |
2009 | 78 072 | 7 784 |
2010 | 79 172 | 9 061 |
2011 | 88 145 | 10 747 |
2012 | 79 065 | 11 087 |
2013 | 86 852 | 11 730 |
2014 | 84 912 | 12 088 |
2015 | 68 773 | 12 764 |
2016 | 66 771 | 13 114 |
2017 | 62 923 | 14 514 |
2018 | 62 484 | 14 857 |
2019 ilk 8 ay |
42 162 | 11 317 |