Sumqayıtda qaçqın və məcburi köçkünlər üçün pulsuz SMM təlimləri keçirilir - FOTOLAR

 
Sumqayıt şəhərində qaçqın və məcburi köçkün şəxslərə Sosial Media Marketinq (SMM) təlimlərinin keçirilməsinə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, qaçqın və məcburi köçkün şəxslər üçün SMM təlimləri "Loğman" Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə ilə bağlı açqılama verən "Loğman" Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin sədri Tahirə Nağıyeva bildirdi ki, müasir dünyada və eləcədə Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafını və əhəmiyyətini nəzərə alaraq qaçqın və məcburi köçkün şəxslərin yaradıcılıq və təhsil imkanlarını artırmaq məqsədilə SMM təlimlərinin keçirilməsinə qərar verdik.
QHT sədrinin sözlərinə görə, SMM təlimlərinin keçirilməsində əsas məqsədi qaçqın və məcburi köçkün şəxslərin yaradıcılıq və təhsil imkanlarını artırmaqla onların məşğulluq problemini həll etmək və sosial qayğılarını azaltmaqdır.  


 

DİGƏR XƏBƏRLƏR

Top