Erməni faşistin şəkili Rusiyanı qarışdırdı - RƏSMİ AÇIQLAMA - FOTOLAR


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 2-ci Dünya Müharibəsi zamanı faşist qoşunlarının tərkibində SSRİ-yə qarşı vuruşan Qaragin Njdenin (Ter-Arutyunyan) Krasnodar vilayətinin Armavir şəhərindəki xatirə lövhəsi barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, bir-neçə gün əvvəl Rusiya Dövlət Dumasında MDB üzrə komitənin sədri Leonid Kalaşnikov Armavir şəhərində ermənilərə məxsus kilsənin həyətinə qoyulan Qaragin Njdenin xatirə lövhəsinin sökülməsi üçün əlindən gələni edəcəyini bildirib. Deputat bildirib ki, 2-ci Dünya Müharibəsi zamanı həlak olan insanların abidəsinin yanına Qaragin Njdenin şəkilinin qoyulması onlara qarşı hörmətsizlikdir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya qanunlarına görə dövlət kilsə ərazisinə müdaxilə edə bilməz. Amma Rusiyanın Qaragin Njde ilə bağlı rəsmi mövqeyi açıqlanıb.
Məlumat üçün bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin bu ilin may ayında açıqladığı hesabatda faşist qoşunlarının tərkibində SSRİ-yə qarşı vuruşan Qaragin Njdeyə İrəvanda heykəl qoyulması açıq şəkildə pislənilib.
Onu da bildirək ki, bu məsələni Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirib.


 
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top