Velosiped sürücüsü ölümdən son anda qurtuldu - VİDEO


ABŞ-da velosiped sürən gənc yük avtomobilinin sürücüsünün diqqətsizliyi səbəbilə qəzaya düşüb.
Yeniavaz.com “nypost.com”a istinadla xəbər verir ki, ABŞ-ın İllinoys ştatında bir gənc sürdüyü velosipedlə yolu keçmək istəyib. Bu vaxt iri yük avtomobilinin altında qalacağını hiss edən adam əli ilə yük avtomobilinin diqqətini çəkmək istəyib. Sürücü isə velosipedi görmədən yoluna davam edib. Nəticədə yük avtomobili velosipedçini vuraraq kənara atıb. Təkərin altında əzilməkdən qurtulan adam ayağa qalxaraq yoluna davam edib.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top