Mingəçevir şəhid V.Ağakişiyev adına 12 saylı tam orta məktəbdə Gənclər evi ilə birgə 18 oktyabr Dövlət Müstəqillik gününə həsr olunmuş siniflərarası “Estafet”yarışı keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə məktəbin direktoru Sevda İsmayılova, Gənclər evinin əməkdaşı Rüfət Qazızadə və məktəbin idman müəllimi Namiq İbrahimli iştirak edib.
Yarışa məktəbin 5-6-7 ci sinif şagirdləri qatılıb. Yarışda hər bir komanda yüksək bacarıq nümayiş etdirərək qələbə əldə etmək əzmində olublar. Azərkeşlərin komandalara edikləri alqışlar onlarda daha da qalibiyyət uğrunda həyacanı artırıb. Beləliklə, 2 saat davam edən gərgin yarışın sonunda qaliblər müəyyənləşib. Sonda qalib komandalara fəxri fərman və hədiyyələr təqdim olunub.
Esmira Hidayətova, Mingəçevir