Meyxanaçı Samirə: "Soyuducuda oğlumun alın sümüyünü saxladım" - VİDEO


ATV telekanalında yayımlanan “Şou ATV” verlişinin bu dəfə ki, qonağı meyxanaçı Samirə olub.
Yeniavaz.com xəbər verir ki, Nanə Ağamalıyevanın təqdimatında yayımlanan verlişdə meyxanaçı tükürpədici açıqlamalar verib: 
“Məclisdə idik hər zamankı kimi, mən də oxuyurdum. Birdən gördüm ki, yoldaşımın rəngi ağardı. Soruşdum ki, “Fazil sənə nə oldu?”. Oturtduq onu dostunun yanında. Oturmağımızla başının çiyninə düşməyi bir oldu. Həmin an şok yaşadım. Atasız qız köçürdən, övlad böyüdən analar, məni daha yaxşı başa düşər ki çox çətindir. Qızım çox ağladı, atasını axtardı. Mən öz cavanlığımı da, ruhumu da, xoşbəxtliyimi də onunla birlikdə məzarda dəfn edib qayıtdım”.
Meyxanaçı Samirə eyni zamanda yoldaşının ölümündən sonra övladının başına gələn tükürpəcidi hadisə barəsində də danışıb: “Gözümün qabağında övladım əlimdən gedirdi. İtələmişdilər onu çərhovuzun qabağına. Çərhovuza tullana bilməmişdi, arxası üstündə yıxılıb başını vurmuşdu. Başı tam açılıb qoyulmuşdu ortalığa, alın sümüyü çıxmışdı. 3 ay alın sümüyünü soyuducuda saxladıq. Təsəvvür edin ki, soyuducunu hər dəfə açanda oğlunun alın sümüyünü qabın içərisində görürsən. Oğlum 3 gün komada yatdı. Heç kim bilmirdi ki, sağ qalacaq ya qalmayacaq”.
Ətraflı videoda:


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top