Trampın Ərdoğana yazdığı məktuba Putindən REAKSİYA


"Adətən dövlət başçıları bu cür ifadələr işlətməzlər".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin oktyabr ayının 9-da ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda işlətdiyi ifadələri nəzərdə tutaraq deyib: "ABŞ prezidenti Trampın prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub hədsiz dərəcədə qəribə üslubda yazılıb. Adətən dövlət başçıları bu cür ifadələr işlətməzlər".
Kremlindən verilən açıqlamada həmçinin gələn həftə Ərdoğanla Putinin görüşəcəyi də bildirilib.
Qeyd edək ki, Donald Trampın Rəcəb Tayyib Ərdoğana oktyabr ayının 9-da göndərdiyi məktub bu gün ABŞ mətbuatında üzə çıxıb. Məktubda işlədilən üslub isə bir çoxları tərəfindən tənqid olunub və xoşagəlməz hesab edilib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top