Elmar Məmmədyarov ermənilərin Bakıya necə gələ biləcəklərini AÇIQLADI


Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın aparıcı nəşrlərindən olan "İzvestiya"ya qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya vətəndaşı olan erməi əsilli şəxslər Azərbaycana səfər etməzdən əvvəl ölkəmizin Moskvadakı səfirliyinə məlumat verməlidirlər.
Yeniavaz.com xəbər verir ki, Elmar Məmmədyarov bu qayda ancaq erməni əsilli şəxslərə aiddir. Nazir deyib ki, Rusiya vətəndaşları Azərbaycana vizasız səfər edə bilərlər, lakin Dağlıq Qarabağ münaqişəsinə görə erməni əsilli şəxsləri gəlmək istədikləri zaman əvvəlcədən  Moskvadakı səfirliyimizə məlumat verməlidirlər.
Məlumat üçün bildirək ki, ötən ilin sonunda Rusiya vətəndaşı olan erməni əsilli Kristina Gevorqyan "Facebook" hesabında məlumat paylaşaraq bildirib ki, Yeni il tətili üçün Bakıya gəlib, amma 13 saatdər Heydər Əliyev Hava Limanında gözləyir. Gevorqyanın onu da yazıb ki, erməni soyadı daşıdığı üçün qohumları Azərbaycana buraxılmayıb.

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top