Filippində güclü zəlzələ olub – Ölən və yaralananlar var - VİDEO


Filippində 6,4 bal gücündə güclü zəlzələ olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Filippinin Mindanao adasında baş verib. Zəlzələnin şiddətli olması bir sıra dağıntılar yaradıb və elektrik xətlərini sıradan çıxardıb. Məlumata görə, təbii hadisədən Tulunan, Maqsaysay, Diqos şəhərləri də zərər görüb. 
İlkin məlumatlara görə, güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, 25-dən çox insan isə yaralanıb.
Qeyd edək ki, 1990-cı ildə Flippinin şimalında 7,7 bal gücündə başverən zəlzələdə 2000 insan həyatını itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top