Azərbaycanda ana südü ilə bağlı proqram hazırlanır


Azərbaycanda ana südü ilə bağlı UNİSEF və Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiya tərəfindən geniş proqram hazırlanır.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.

Onun sözlərinə görə, anaların südlə qidalandırmaq sahəsində bilikləri yetərincə deyil. Buna görə də tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır.

Baş neonatoloq Azərbaycan xəstəxanalarında yenidoğulanlara həyatlarının ilk saatlarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: "Bu, Azərbaycanda nadir hallarda baş verir. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. "Qurani-Kərim"də də deyilib, tibb də bəyan edir ki, uşaqlara iki il ana südü verilməlidir".

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də münasibət bildirib: "Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz. Yalnız ana ağır dərmanlar qəbul edərsə, bunun fəsadları ola bilər".
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top