Prezident: “Bank sektoru bizdə iqtisadiyyatın artımına o qədər də kömək göstərmir”


"Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır".

Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, ank sektorunun böhranının səbəblərindən biri də məhz istehlak kreditlərinin üstünlük təşkil etməsi idi: "Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı".

DİGƏR XƏBƏRLƏR

Top