Son 5 ildə Azərbaycana nə qədər buğda idxal olunub və neçəyə? - CƏDVƏL


Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrdən Azərbaycanda 240,7 milyon dollar dəyərində 1 milyon 112,9 min ton buğda idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 59%, miqdar ifadəsində isə 34,2% artıb. 
Bu həm də o deməkdir ki, ölkəyə idxal olunan buğdanın gömrük dəyəri yüksəlib. Əgər ötən ilin ilk 9 ayında idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 31,1 qəpik olubsa, bu ilin ilk 9 ayında bu göstərici 36,8 qəpik olub.
Məlumat üçün qeyd edək ki, son 5 ilin yanvar-sentyabr aylarında də ölkəyə idxal olunan buğdanın miqdarı və gömrük dəyəri aşağıdakı kimi olub:
İllər İdxal Gömrük dəyəri
2015
yanvar-sentyabr
980,1 min ton 1 kq = 23,5 qəpik
2016
yanvar-sentyabr
1 120,9 min ton 1 kq = 29,6 qəpik
2017
yanvar-sentyabr
746,4 min ton 1 kq = 31,5 qəpik
2018
yanvar-sentyabr
829,2 min ton 1 kq = 31,1 qəpik
2019
yanvar-sentyabr
1 112,9 min ton 1 kq = 36,8 qəpik

DİGƏR XƏBƏRLƏR

Top