Ağasəlim Mircavadov: "Fransa adı gələndə mənim başım fırlanır" - VİDEO


İTV telekanalında yayımlanan "3D" verlişinin budəfəki qonağı futbol mütəxəssisi Ağasəlim Mircavadov olub.
Yeniavaz.com xəbər verir ki, aparıcı Ağasəlim Mircavadova Azərbaycanın Fransa ilə 10:0 hesabla nəticələnən matçı haqqında təəssüratlarını soruşub.
A.Mircavadov həmin oyunun hələ də yuxularına gəldiyini bildirib:
"Oyun qurtaran kimi gəldik hotelə, mən orda ərizəmi yazdım verdim Fuad Musayevə, o danışmadı. İnanırsınız ki, mən bir həftə özümə gələ bilmədim. Çünki niyə? Deyim ki, uşaqlar orda pis oynadılar? Yox. İlahi bir şey idi. Bizdə də 3 epizod oldu ki biz hələ heç bir oyunda o epizodları etməmişdik. Ancaq Fransa ilə oyunda etdik, buna rəğmən yenə də qol vura bilmədik. Çox qəribə hal idi ki  Fransa komandasınn oyunçuları 30-35 metrdən belə ataraq qol vururdular. Birinci hissənin ortasında mən qapıçını da dəyişdim. Ancaq xeyri olmadı. İndinin özündə də Fransa adı gələndə mənim başım fırlanır".
Futbol Mütəxəssisi eyni zamanda o vaxt indiki  imkanlarımızın olmadığını da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top