Bakıda 3 nəfərin xəsarət almasına səbəb olan ağacın daha bir budağı sınıb - FOTO


Bakının Yasamal rayonunda ağacın budağının aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib.

Ağacın aşması zamanı 1952-ci il təvəllüdlü Məmmədova Sərvinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər qadın (ad və soyadı hələlik məlum deyil) xəsarət alıb. Hər üç yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki nəfərin vəziyyəti orta ağırdır.

Hadisə yerində olan APA-nın əməkdaşlarının məlumatına görə, həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb. Nəticədə xəsarət alan olmayıb. Hadisə zamanı dayanacağa heç bir zərər dəyməyib


DİGƏR XƏBƏRLƏR

Top