Azərbaycan millisi İsveçrə yığmasına uduzub


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv II qrupun lideri İsveçrə yığmasını qəbul edib. Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan ilk rəsmi beynəlxalq matçda qonaqlar qalib gəlib - 0:1.

İsveçrə kollektivinin heyətində 33-cü dəqiqədə Nedim Bayrami fərqlənib. Bu qələbədə sonra xalını 9-a çatdıran qonaqlar ilk pillədəki yerini qoruyub. Azərbaycan millisi isə 3 xalla son sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi bunadək keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Daha sonra isə səfərdə Fransaya 0:5 hesabı ilə məğlub olub.//Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top