9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Araz Musayev Türkiyə Prezidentinə xatırladıb ki, ötən görüşlərinin birində o, Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirmişdi. İndi həmin məqam yetişib, Türkiyə Ordusu terrorçularla qəhrəmancasına mücadilə aparır.
Araz Musayev bu günlərdə Qarabağ qaziləri ilə birgə Türk xalqına dəstək məqsədilə "Barış çeşməsi" əməliyyatında terrorçulara qarşı Türkiyə Ordusunun sıralarında bir minbaşı kimi mehmetciklərlə çiyin-çiyinə mücadilə etmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdiyini vurğulayıb və buna hazır olduğunu söyləyib.
(Baku.ws)