Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR


Lənkəranda qohumların mübahisəsi xəsarətlə nəticələnib.

Rayonun Separadi kənd sakini Fərman Cənnətəli oğlu Məmmədov mübahisə etdiyi qohumu, 1977-ci il təvəllüdlü Həlimə Aslan qızı Fərzəliyevaya xəsarət yetirib. Qapalı kəllə-beyin travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyəti həkimlərin müdaxiləsindən sonra normal qiymətləndirilir.

Mübahisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top